Bir çox beynəlxalq təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq edən “Bank of Baku" artıq ”Monex” adlı daha bir pul köçürmələri şəbəkəsi ilə əməkdaşlığa başlayıb. ” Monex” 2011-ci ildə yaradılıb və hazırda ölkə daxilində fəaliyyət göstərən ən qabaqcıl təcili pul köçürmə sistemlərindən biridir. Bu sistem üzrə aparılan köçürmələr üzrə ölkədaxili komissiya haqqı 0.2%, ölkəxarici köçürmələr üzrə isə 1.5% təşkil edir. Bundan əlavə, "Monex” sistemi köçürməni dərhal almaq, rahat rəsmiləşdirmə, komissiyanın yalnız pulu köçürən şəxs tərəfindən ödənilməsi kimi üstünlüklərə malikdir.


"Monex” sistemi Azərbaycanın 20-yə yaxın bankında, ölkənin əksər şəhər və rayonlarını əhatə edən 200-dən artıq filial və şöbələrində təmsil olunur. "Monex” sistemi Azərbaycan və Gürcüstanda yaşayan, işləyən, təhsil alan insanlar arasında pul mübadiləsinin aparılması üçün ən sərfəli və rahat vasitələrdən biridir. Bu sistemə qoşulmaqla “Bank of Baku” əhalinin məhz bu tələbatlarının ödənilməsini özünə məqsəd bilib.


Bu gün “Bank of Baku” həmçinin “Contact”, “Migom”, “Caspian Money Transfer”, “Western Union” “Золотая Корона” kimi aparıcı təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq edir.


2010-cu ilin aprel ayından etibarən isə “Bank of Baku” bankın təcili pul köçürmə xidmətlərindən yararlanmış müştərilərə xüsusi bonus kartları verir. Kart təcili pul köçürmə sistemləri vasitəsilə əməliyyat aparan bütün müştərilərə pulsuz təqdim olunur. Kartların sahibləri köçürülən və alınan vəsaitin 0,20%-dək bonus qazanır və yığılan bonusun məbləği 5 AZN-dən artıq olduqda həmin bonusları nağdlaşdıra bilir.