Facemark.az Milli İnsan Resursları Forumunun təşkilatçıları ilə müsahibəni təqdim edir!
Cabir Süleymanlı, MİRF
- Cabir bəy, bildiyimiz kimi bu il 6 may tarixində ölkəmizdə VI dəfə keçiriləcək Milli İnsan Resursları Forumu keçiriləcək. Maraqlıdır İnsan resursları sahəsində forum təşkil etmək ideyası necə yaranıb?
- İR sahəsində forum ideyası 2015-ci ildə elə başqa bir forumda iştirak edərkən yaranıb. Mən özüm də İR sahəsində çalışırdım və hazırda Almaniyada yaşayan dostumuz Murad Malik ilə başqa bir forumda iştirak edirdik. Forumdan sonra HR-ların bir tədbiri varmı, harada bir araya yığışırlar sualı ilə məsələ başladı. O zaman davamlı olaraq belə bir tədbir keçirilmirdi. Elə həmin söhbətin davamı olaraq 2015-ci ilin dekabr ayında ilk dəfə Milli İnsan Resursları Forumunu keçirməyə başladıq.
- Bu il forum “Gələcəyə dəyər” konsept mesajı ilə təşkil olunur. Gələcəyə dəyər qatmaq üçün nələr etməliyik? Sizcə, forum bu mesajı tam ötürə biləcək mi?
- Bəli, forumun konsept mesajını “Gələcəyə dəyər” olaraq müəyyən etmişik. Çünki düşünürük ki, gələcək o qədər sürətlə gəlir ki, ona uyğunlaşmaq üçün mütləq nələrsə etmək lazımdır. Burda nələr edilməlidir, elə bu forumda müzakirə etmək istəyirik əslində. Mənim fikrimi soruşsanız təhsilə və gələcəkdə lazım olacaq bacarıqlara xüsusi investisiya edilməlidir. Bunu həm şirkətlər müstəvisində, həm də ölkə müstəvisində qiymətləndirmək olar. Məsələn, bu yaxınlarda Azərbaycanda kibertəhlükəsizlik mərkəzi yaradıldı. Gələcəkdə buna ehtiyacı görüb buna uyğun kadr yetişdirilməsinə başlanıldı. Təhsilə investisiya ilə gələcəyə dəyər qatmaqda əsas məqamlardan biri gəncləri, gələcəyin insanını yetişdirməkdirsə, digər tərəfdən də innovasiyaları təşviq etməkdir.
Məsələn dünya artıq yanacaq mühərriklərindən hibrid və elektrik mühərriklərə keçid edir və bunu təbiətə daha az ziyan vurmaq üçün edir. Bu da ətraf mühitə, dünyamızın gələcəyinə dəyər verməkdən irəli gəlir. Bizim müzakirə etmək istədiyimiz də, biz ölkəmiz olaraq bu dəyişikliklərin harasındayıq?
Rafiq Hunaltay, “Facemark” MMC-nin həmtəsisçisi
- Rafiq bəy, “Facemark” MMC olaraq il ərzində müxtəlif sahələrə dair forumlar təşkil edirsiniz. 6 may tarixində isə bizi Milli İnsan Resursları Forumu gözləyir. Artıq VI dəfə keçiriləcək forumda bizi hansı yeniliklər gözləyir?
- Qeyd etdiyiniz kimi Milli İnsan Resursları Forumunu bu il VI dəfə keçirməyi planlaşdırmışıq. Təbii ki, hər forumdan sonra biz nəticələrə dair toplantılar edir, tədbirdə rastlaşdığımız müsbət və ya mənfi hallar barədə təhlillər edirik. Əminliklə deyə bilərəm ki, Facemark komandası olaraq hər növbəti tədbirimiz bir öncəkindən keyfiyyət baxımından əhəmiyyətli fərqlənir. Bu həm etibarlı tərəfdaşlarımızın günü-gündən artması, həm komandamızın peşəkarlığında irəliləyişlər, həm də xarici təcrübənin daim öyrənilməsi ilə bağlıdır. Bu ilki MİRF-də də biz texniki avadanlıqlar, iş prosesi və pr strategiyamızda ciddi fərqlər ortaya qoymağı düşünürük. Xüsusən də kontent hissədə ayrıca komanda çalışır. Həmçinin sponsorlarla işə də xüsusi yanaşmamız var. Düşünürəm ki, bu kimi dəyişikliklər özü belə kifayət qədər fərq yaratmağa qadirdir.
- Ümumiyyətlə, keçirilən forumlara, xüsusən də Milli İnsan Resursları Forumuna maraq nə dərəcədədir, qane edirmi? Təşkilati işlər hansı mərhələdədir?
- Biz xüsusi hərəkət planı ilə işləyirik. Hətta deyərdim ki, bazarda fəaliyyət göstərən digər tədbir təşkilatçıları da bizim bu hərəkət planından istifadə edir. Bu hal bizi çox sevindirir. Müsbət dinamikadan faydalanmaq həmişə effektiv olub. Təşkilati işlərimizə biz 5 ay öncə başlayırıq və layihə menecmentimizi işlərin kateqoriyası, məsul şəxslər, 3-cü tərəflərlə işlər olmaq üzrə bölmüşük. Fərqli platformalardan istifadə edirik. Bu il inşallah, özümüzün vahid sayt platformamızı da istifadəyə verəcəyik. Hazırda faiz etibarilə götürsək ümumi işlərimizin 30%-dən çoxunu geridə qoymuşuq. Təxmini 20%-dən bir az çox iş var ki, onlar da tədbir sonrasına təsadüf edir. Ciddi təqib sistemimiz və bütün bunların maksimum avtomatlaşdırılması işə daha sistemli yanaşmamıza çox kömək olur.
- Qarşıda planlaşdırılan hansı forum, konfranslar var?
- Facemark olaraq fərqli partnyorluqlarımızı da nəzərə almaqla illik 10-dan çox tədbir təşkil edirik. Bunların sayını bu il daha 2-3 istiqamətdə artırmaqda niyyətliyik. Bununla bağlı konkret işlərə də başlamışıq. Yaxın 2 ildə biznesin 80-90% istiqamətlərində tədbirləri təşkil etməkdə, təşkilatçılıqda rol almaqda iddialıyıq. İndiki halda belə il ərzində 20.000-dən çox insan, mütəxəssis bizim tədbirlərimizdə iştirak edir. Bu çox böyük rəqəmdir, eyni zamanda, məsuliyyətdir. Biz onların maariflənməsində, praktik bilgilərə sahib olması və iş çevrələrini genişləndirməkdə vasitəçi oluruq. Bu dediyim kimi həm dəyər yaratmaqdır, həm də həyəcanverici prosesdir. Qarşıda Vergi və Mühasibatlıq Zirvəsinin davamı kimi yarım günlük bir tədbirimiz olacaqdır. Sırf vergi mütəxəssislərini yığaraq 300-dək şirkət nümayəndəsinin suallarına cavab verməsini təmin etmək istəyirik. Eyni zamanda, iki yeni istiqamət üzrə də danışıqlar yekunlaşmaq üzrədir. İnşallah, tam dəqiqləşdikdən sonra bu haqda mətbuata məlumat veriləcək.
Cəmil Hüseynov, "HR Option" MMC İnsan resursları layihələri üzrə menecer
- Biraz da spikerlərdən danışaq. Cəmil bəy, ümumi neçə moderator və spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilir?
- Bu dəfə də 3 hissəli formumuzla dəyər yaratmağa çalışacağıq. Lakin bu dəfə əvvəlki illərdəki ənənələri bir qədər pozmağı düşünürük. Belə ki, yalnız tədbirin ikinci hissəsi ənənəvi formada olan spiker çıxışları və təqdimatları ilə yadda qalacaq. Digər iki hissənin isə daha çox dialoq, müzakirə, debat və sual-cavablar şəklində keçirilməsi nəzərdə tutulmuşdur. Biz müşahidə edirik və rəyləri təhlil edəndə görürük ki, iştirakçılar foruma qatılmaqla daha çox onları maraqlandıran suallara cavab tapmağa çalışırlar. Yəni adətən, insan resurslarının idarə edilməsi sahəsində texniki bilikləri daha çox təlimlərdə qazanmağa çalışırlar. Burada isə öz sahəsinin insanları ilə yaxından tanış olmaq və bu sahənin ekspertlərindən müxtəlif məsələlərlə bağlı fikirlər almaq iştirakçılar üçün daha önəmlidir. Odur ki, hər hissə üçün iştirakçıların istəklərini qarşılaya biləcək bir moderator və hər hissədə müxtəlif sayda olmaqla ümumilikdə ondan çox spikerin iştirakı nəzərdə tutulmuşdur. Sual verən iştirakçılarımızı da yardımçı spikerlərimiz hesab edə bilərik. Bu halda yüzlərlə çıxışçımız olacaq desək yanılmarıq.
- Forum şirkətlərə, eləcə də iştirak edən şəxslərə nə kimi fayda verəcək? Sponsor və ya tərəfdaş kimi iştirak etmək istəyən şirkətlər hansı ünvana müraciət etməlidirlər?
- Forum “gələcəkdə iş həyatında bizləri nə gözləyir, daha çox istedadlara diqqət yetirilməlidir yoxsa təcrübəli əməkdaşlar diqqət mərkəzində saxlanılmalıdır, gələcəyə necə hazırlaşmaq lazımdır, potensial çətinlikləri necə aradan qaldırmaq olar” kimi sualların cavablarını aydınlaşdırmaqla şirkətlərə və iştirakçılara vizyon qazandıracaq, onları düşündürəcək və onların məsələlərə daha fərqli prizmadan baxmasına yardımçı olacaqdır. Daha rəqabətcil gələcəyə hazırlaşan İR peşəkarları iştirakçı kimi, şirkətlər isə sponsor və dəstəkçi kimi tədbirə öz töhfələrini verə bilərlər. Hərçənd ki, MİRF-in insan resursları sahəsində ölkəmizdə ən qocaman, hər kəs üçün açıq və əlçatan tədbir olduğunu nəzərə alsaq, iştirakçılarımız artıq bizə necə çatacaqlarını çox yaxşı bilirlər, yenə də xatırlatmağı özümə borc bilirəm ki, https://mirf.az/ saytı vasitəsilə, həmçinin sosial media hesablarımızdan və əlaqə telefonlarımız vasitəsilə bizə müraciət edə bilərlər. Gəlin, gələcəyə birlikdə dəyər qataq!
Elvin Cabay, “Business Management School” MMC-nin həmtəsisçisi
- Elvin bəy, HR-lar nə üçün bu tədbirdə iştirak etməlidirlər?
- Bildiyiniz kimi, ölkəmizdə HR sahəsində bir çox forumlar təşkil edilmişdir. Milli İnsan Resursları Forumu isə bu forumların içində davamlılığı və ilk HR forumu olması ilə fərqlənir. Belə ki, 2015-ci ildə keçirilən Milli İnsan Resursları Forumu pandemiya dövründə bütün tədbirlər kimi ara verildikdən sonra 2022-ci ildən etibarən yenidən keçirilməyə başlanmışdır və bu il artıq VI dəfə bu forum təşkil ediləcək. MİRF2023-ün əsas fərqlərindən biri odur ki, bu forum daha çox milli spikerlərin iştirakı ilə keçirilən və ölkəmizdə insan resursları idarəçiliyi sahəsində mövcud olan problemləri gündəmə gətirən və bu problemlərə peşəkar spikerlərin və çoxsaylı iştirakçıların iştirakı ilə müzakirələr apararaq həll yolları tapan forum olmasıdır. Hər il bu foruma HR sahəsinin mütəxəssislərinin böyük marağı olmuşdur və bu il də forumda 500 nəfərədək HR mütəxəssisin iştirakı gözlənir. HR mütəxəssislər və rəhbərlər forumda iştirak etməklə güclü netvörkinq qurmaq imkanı əldə edəcəklər və peşəkar spikerlərin çıxışlarında fərqli təcrübələrə yiyələnəcəklər. Biz hər zaman deyirik ki, Milli İnsan Resursları Forumunda əsas məqsədimiz ölkəmizin HR mühiti üçün maraqlı və faydalı vizyon yarada bilməkdir. Əminik ki, forum iştirakçıları HR idarəçiliyi sahəsi ilə bağlı fərqli vizyonlar əəldə edərək forumdan ayrılacaqlar.
- Bilet əldə etmək istəyən şəxslər biletləri hansı ünvandan əldə edə bilərlər?
- Tədbirdə iştirak etmək istəyənlər həm https://mirf.az/ saytına daxil olaraq , həm də saytda olan əlaqə nömrələri ilə əlaqə saxlayaraq korporativ şəkildə bilet şifarişi və korporativ müqavilələrin hazırlanması üçün müraciət edə bilərlər. Bu halda müraciət edən şirkət ilə korporativ müqavilə hazırlanır və korporativ ödəniş edilərək biletlər əldə olunur. 15 aprelə kimi forumda iştirak üçün biletlər endirimli qiymətlərlə satışda olacaq. Bütün oxucuları gecikmədən bilet əldə etməyə dəvət edirik!
Milli İnsan Resursları Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə https://mirf.az/ keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/mirfaze
İnstaqram: https://www.instagram.com/mirf.aze/
Linkedln: https://www.linkedin.com/company/