Amerikanın DreamWorks Animation animasiya studiyası "Şrek" cizgi filminin beşinci hissəsinin çəkilişlərinə başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, studiya ortağı və Illumination-ın rəhbəri Chris Meleandri jurnalistlərə bildirib ki, DreamWorks Animation indi əvvəlki hissələrdə personajları səsləndirmiş aktyorlarla danışıqlar aparır. Onların arasında Cameran Diaz, Mayk Myers, Eddi Merfi var.


“Biz Şrekin aktyor heyətinin geri dönəcəyini gözləyirik. İndi danışıqlar başlayıb və hər şey onu göstərir ki, aktyorlar geriyə qayıtmaq üçün böyük həvəs var”.


Spin-offun Şrek filminin əsas personajlarından biri - Eşşəyə həsr olunacağı gözlənilir.


Qeyd edək ki, DreamWorks Pictures 1994-cü ildə Jeffrey Katzenberg, Steven Spielberg və David Giffen tərəfindən təsis edilib. Studiya çoxlu cizgi filmləri və şəkilləri buraxmışdır. Ən çox qazanan film kassada demək olar ki, 1 milyard dollar gəlir əldə edən “Shrek 2” olub.Bundan sonra davam filmi – Üçüncü Shrek, Şrek Forever After, eləcə də Çəkməli pişik haqqında spin-off çıxıb.