Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb.


Facemark.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında qeyd olunub.


2023-cü ilin aprel ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 724,4 minə çatıb. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb və 41,5 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 191,5 min olub.