Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.


Facemark.az "Marja.az"a istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 87 min 390 ədəd yeni nəsil NKA quraşdırılıb.


Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar-mart ayları ərzində (ilk 3 ayda) yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 milyard manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.


Ötən ilin sonunadək ölkə ərazisində 83 min 216 ədəd belə NKA quraşdırılmışdı.


Qeyd edək ki, 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manatdan çox olub ki, bu da 2021-ci illə müqayisədə 4,1 milyard manat və ya 26,6 faiz çoxdur.