OpenAI ChatGPT-ni daha təhlükəsiz etmək üçün “Bug Bounty Proqramı”nı işə salıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qüsurları tapanlar 200-20.000 dollar arasında pul mükafatı alacaqlar.


OpenAI ChatGPT-də səhvləri tapmaq istiqamətində mühüm addım atıb. Şirkət süni intellekt sistemində hər hansı bir zəiflik və ya digər problem barədə məlumat verən insanları mükafatlandırmaq üçün “Bug Bounty Proqramı”na start verdiyini açıqlayıb.


Tədqiqatçılardan tutmuş texnologiya ilə maraqlanan insanlara qədər hər kəsə açıq olan proqram çərçivəsində OpenAI sistemlərində zəiflik tapanlara 200 ilə 20 min dollar arasında pul mükafatı veriləcək.