ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) mart ayında aylıq və illik müqayisələrdə proqnozlardan aşağı olub. Baza inflyasiya isə FED-in “oyunda qalacağı” gözləntisini artıraraq yüksəlməyə davam edib.


Facemark.az "Marja.az"a istinadən xəbər verir ki, 2023-cü ilin mart ayında ABŞ-da baza inflyasiyasının yüksəlişi davam edib və bu, faiz artımlarının növbəti ayda da davam edəcəyinə dair gözləntiləri gücləndirib. Ümumi inflyasiya proqnozdan aşağı olub.


ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ümumi inflyasiya aylıq 0,1 faiz təşkil edib və illik isə 6 faizdən 5 faizə enib. Fevralda aylıq inflyasiya 0,4 faiz təşkil etmişdi.


İqtisadçıların orta proqnozları aylıq 0,2 faiz, illik 5,1 faiz idi.


Baza inflyasiyası proqnozlara uyğun olaraq aylıq 0,4 faiz olub (əvvəlki ay 0,5% olmuşdu).


Baza inflyasiyası illik müqayisədə sürətlənməyə davam edərək, fevral aydakı 5,5%-dən martda 5,6%-ə yüksəlib. Proqnoz 5,6% idi.


Bu rəqəmlər xüsusilə xidmət sektorunda "yapışqan inflyasiyanın" davam etdiyini göstərir. Bank sektorunda baş verən son qarışıqlığın iqtisadiyyata təsiri siyasətçilər tərəfindən yaxından izlənilsə də, inflyasiyanın artması və güclü məşğulluq ABŞ Mərkəzi bankının (FED) ən azı bir dəfə də faiz artıracağı və sonra gözləyəcəyi (pauza verəcəyi) fikrini gücləndirir.