Yerə düşmüş bu meteroiti tapana 25 min dollar pul mükafatı verəcəklər.

Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-nin Men ştatında muzeylərdən biri keçən həftə ABŞ və Kanada sərhədində yerə düşməzdən əvvəl səmada iz qoymuş meteroitin qalıqları üçün 25 min dollar təklif edib. Buna səbəb həmin səma cismi vasitəsilə Günəş sistemini daha yaxşı araşdırmaq imkanıdır.


Bildirilib ki, kosmik daş gündüz çağı görünüb və səs partlayışı yaradıb. O, radar tərəfindən aşkar edilib.


NASA-nın Astromaterialların Tədqiqat və Kəşfiyyat Elmləri (ARES) Laboratoriyası meteroit parçalarına rast gəlinə biləcək ərazini hesablayıb.
Men ştatının Mineral və Gem Muzeyinin meteroit bölməsinin rəhbəri Darryl Pitt, çəkisi 1 kiloqram və ya daha çox olan ilk meteroit parçasını tapan şəxsə 25 000 dollar mükafat verəcəyini bildirib.


Həmçinin o, "ölçüsündən asılı olmayaraq" istənilən nümunəyə görə ödəniş edə biləcəyini də açıqlayıb. Pitt bildirib ki, dünyada hər il Yerə düşən yüzlərlə meteroitdən yalnız 8-10-u aşkarlanır.