2023-cü ilin ilk 3 ayı ərzində Azərbaycandan 6 milyard 829 milyon 136 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.


Facemark.az "Marja.az"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 424 milyon 586 min dollar və ya 5,9% azdır. Ötən ilin ilk 3 ayında Azərbaycandan 7 milyard 253 milyon 722 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi. Azalmanın səbəbi təbii qaz qiymətlərinin düşməsilə əlaqədar olaraq təbii qaz ixracından gəlirlərin azalmasıdır.


Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracının məbləği ötən ilin ilk rübündəki 3 milyard 680 milyon 31 min dollardan cari ilin ilk rübündə 4 milyard 272 milyon 127 min dollara yüksəlib (592 milyon 96 min dollar artıb), təbii qaz ixracının məbləği isə 3 milyard 463 milyon 858 min dollardan 2 milyard 346 milyon 973 min dollara düşüb (1 milyard 116 milyon 885 min dollar azalıb).