Şəbəkə mənbələrinin məlumatlarına görə, Investing.com və GiftCard.com domen adları 2012-ci ildə alınan ən bahalı saytlar olub.
“Forexpros” informasiya-analitik resursu Investing.com domen adını 2,45 milyon dollara əldə edib. Saytın bazasında qlobal maliyə portalı yaradılacaq və istifadəçilər buradan xəbərləri, müxtəlif diaqram və qrafikləri, analitik informasiyaları izləyə biləcəklər. Investing.com fəaliyyətə yeni başlayan ticarətçilər üçün gərəkli mənbə olacaq.
Hədiyyəlik kredit kartlar üzrə ixtisaslaşmış, 4 milyon dollar dəyəri olan GiftCard.com saytının alıcısı "CardLab" şirkətidir. Beləliklə, Investing.com İnternet tarixində ən bahalı 30 domen adının siyahısına daxil olub. GiftCard.com isə ilk iyirmilikdə yer alıb. 2009-cu ildə 16 milyon dollara satılmış Insure.com saytı reytinq cədvəlində liderliyini qoruyub saxlamaqdadır.
Ən bahalı domen adları növbəti ardıcıllıqla sıralanır:
1. Insure.com — 16,0 milyon dollar, 2009-cu il
2. Sex.com — 14,0 milyon dollar, 2010-cu il
3. Fund.com — 9,99 milyon dollar, 2008-ci il
4. Porn.com — 9,5 milyon dollar, 2007-ci il
5. Fb.com — 8,5 milyon dollar, 2010-cu il
6. Business.com — 7,5 milyon dollar, 1999-cu il
7. Diamond.com — 7,5 milyon dollar, 2006-cı il
8. Beer.com — 7,0 milyon dollar, 2004-cü il
9. Israel.com — 5,88 milyon dollar, 2004-cü il
10. Casino.com — 5,5 milyon dollar, 2003-cü il
11. Toys.com — 5,1 milyon dollar, 2009-cu il
12. AsSeenOnTv.com — 5,1 milyon dollar, 2000-ci il
13. iCloud.com — 4,5 milyon dollar, 2011-ci il
14. GiftCard.com — 4,0 milyon dollar, 2012-ci il
15. Altavista.com — 3,3 milyon dollar, 1998-ci il
16. Candy.com — 3,0 milyon dollar, 2009-cu il
17. Wine.com — 2,9 milyon dollar, 1999-cu il
18. CreditCards.com — 2,75 milyon dollar, 2004-cü il
19. Autos.com — 2,2 milyon dollar, 1999-cu il
20. Casino.tt — 2,0 milyon dollar, 2011-ci il