Avropanın ən böyük beynəlxalq yaradıcılıq festivallarından biri olan və kommunikasiya, marketinq, brendinq və kreativ sənayenin bütün spektrini əhatə edən White Square Festivalının qalibləri bəlli olub.


Hər il dünyanın 35-dən çox ölkəsindən, o cümlədən Avropa, ABŞ, Çin, MDB ölkələri, Asiya, Latın Amerikası və sair yaradıcı agentliklər bu festivala qoşulur. İştirakçıların coğrafiyası isə ildən-ilə genişlənir. Yaradıcılığı təşviq edən “White Square” Festivalı sənayedəki ideyaları və insanları yüksək qiymətləndirir. “White Square” əvvəlcə reklamda yaradıcılığın bir növ yeni simvoludur, çünki bilirik ki, bu gün reklam bir sənətdir - müəyyən marketinq vəzifələrini yerinə yetirən tətbiqi sənət. Burada məhdudiyyətlər var, lakin yaradıcılıqda heç bir məhdudiyyət yoxdur. “White Square” festivalının müxtəlif ölkələrdən olan reklamçıların həyəcanı, həvəsi və ilhamı ilə qarışıq qeyri-adi bir mühit olması da təsadüfi sayılmaz.


Qaliblərin siyahısı ilə linkə daxil olaraq tanış ola bilərsiniz.