Elektrikli avtomobillərin satışı həm ölkəmizdə, həm də bütün dünyada artmaqda davam edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir.


Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) verdiyi məlumata görə, iyun ayında Avropa Birliyi ölkələrində elektrikli avtomobil satışları yüzdə 55 artıb. Təkcə Almaniyada iyun ayında 52 mindən çox elektrik avtomobili satılıb. Fransa 33 mindən çox satışla ikinci yerdədir. Üçüncü yerdə olan Hollandiyada isə iyun ayı ərzində təxminən 14 min elektrikli avtomobil satılıb.