"Dropbox" "bulud" startaplarını satın almağa davam edir: "Audiogalaxy" musiqi xidmətinin ardınca "Snapjoy" foto xidmətini satın alıb. "Dropbox" fayl mübadiləsi kimi "Snapjoy" xidməti də "Y Combinator"-un əlinin altından çıxıb.
Startapın əsasını Cey Pi Ren və Maykl Dvon adlı fotoqraflar qoyub. Xidmət vasitəsilə fotolarınızı (kamera, smartfon, fərdi kompüter, Flickr, Picasa, Facebook, Twitter və ya Instagram) "bulud"a yükləyə və daha sonra istənilən qurğudan onlara baxa bilərsiniz. "Dropbox"un təsisçiləri ilə görüşdükdən sonra ümumi məqsədimiz olduğunu başa düşdük.
Biz qüvvələrimizi birləşdirməklə onların platformasının texnologiyasını və miqyasını yeni səviyyəyə qaldıra biləcəyik" – "Snapjoy" xidmətinin bloqunda qeyd edilib. Sazişin maliyyə şərtləri açıqlanmayıb.