"Oppenheimer" ikinci həftənin sonunda "Barbie"ni geridə qoyub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, rejissoru Kristofer Nolanın olduğu filmi ikinci həftəsonunda 215 min 850 tamaşaçı, "Barbi"ni isə bu müddət ərzində 155 min 300 tamaşaçı izləyib. Açılış həftəsonunda 360 min tamaşaçı ilə Barbie-nin arxasında olan "Oppenheimer" ikinci həftəsonunda daha çox tamaşaçı ilə görüşərək "Box Office Turkey"in yeni lideri olub.


Qeyd edək ki, "Oppenheimer" on gün ərzində ümumilikdə 687 min 59 tamaşaçıya çatıb.