Pandemiya dövründə uzaqdan işləyən işçilərin ən çox üstünlük verdiyi Zoom tətbiqi artıq şirkətdən 80 km məsafədə olan işçilərinin həftədə 2 gün ofisə gəlməsinin məcburi olduğunu açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətin yeni hibrid iş yanaşması avqust və sentyabr aylarında tətbiq olunacaq.


ABŞ-ın bir çox yerlərində Google işçilərinin 2022-ci ilin aprelindən etibarən həftədə üç gün ofisdən işləməsi gözlənilirdi.