Böyük Britaniyada illik inflyasiya iyul ayında 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iyulda ölkədə illik inflyasiya 6,8 faiz olub. Araşdırma sorğusuna qatılan iqtisadçılar illik inflyasiyanın 6,7 faiz olacağını gözləyirdilər. Eyni dövrdə aylıq olaraq mənfi inflyasiya müşahidə olunub. İyulda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb. Bu məlumat üçün gözlənti yüzdə 0,5 azalma olaraq təyin olunub.


Xüsusilə nəqliyyat qrupunda bahalaşmanın təsiri ön plana çıxıb.


Qeyd edək ki, İngiltərə Bankı son iclasında siyasət faizini 5,25 faizə qaldırdı ki, bu da son 15 ilin ən yüksək göstəricisidir.