YouTube Music-ə immersiv təcrübə təqdim edəcək yeni funksiya əlavə edilib. Samples adlanan bu xüsusiyyət, Instagram Reels və TikTok kimi sürüşdürmə ilə yeni mahnıları kəşf etməyə imkan yaradacağ.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Google, onlayn musiqi platforması YouTube Music üçün yeni funksiyanı elan etdi. "Samples" adlanan bu yeni xüsusiyyət istifadəçi təcrübəsinə müsbət təsir edəcək. İstifadəçilər Samples xüsusiyyəti ilə sevəcəkləri yeni mahnılar tapmaqda çətinlik çəkməyəcəklər.


YouTube Music tətbiqinin altındakı menyuda Əsas və Kəşf düymələri arasında yerləşdirilən Samples TikTok və ya Instagram Reels ilə oxşar quruluşa sahib olacaq. Bu funksiyanı YouTube-un Shorts funksiyasına bənzədə bilərik. Bu səhifəyə daxil olan istifadəçi onun musiqi zövqünə uyğun kliplərlə qarşılaşacaq. Sürüşdürülən xüsusiyyət saniyələr ərzində yeni musiqi kəşf etməyə imkan verəcək.


Yeni musiqiləri kəşf etməyi asanlaşdıran Samples həmçinin sevimli musiqini bəyənməyə, çalğı siyahılarına əlavə etməyə, başqa istifadəçi ilə paylaşmağa, bütün treki səsləndirməyə və hətta həmin mahnıya bənzər radionu işə salmağa imkan verəcək. Bütün bunlar ekranın sağ tərəfində şaquli olaraq yerləşdirilmiş düymələr vasitəsilə həyata keçiriləcək.