Səhiyyə Menecmenti Zirvəsi “Fərq yaradır” konsept mesajı ilə 16 noyabr 2023-cü il tarixində “Baku Marriott Hotel Boulevard”da keçiriləcək! Tədbir peşəkar moderatorların və məruzəçilərin iştirakı ilə “Səhiyyədə strateji idarəetmə”, “Səhiyyədə innovasiyalar və rəqəmsallaşma”, “Səhiyyədə dövlət və özəl tərəfdaşlıq” panellərində davam edəcək.


17 avqust saat 20:00-da "Facemark" şirkətinin təsisçisi Rafiq Hunaltay, "Sağlam Ailə” Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli, "Sağlam Ailə" Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Ayna Rəsulova canlı yayımda tədbir haqqında ətraflı məlumat veriblər. Canlı yayımı izləyə bilərsiniz.