Elektrikli avtomobil istifadəçiləri Android Auto üçün Google Xəritədə yanacaqdoldurma məntəqələri əvəzinə doldurma məntəqələrini görəcəklər.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, elektrikli avtomobil sahibləri üçün Google Maps-də də böyük yeniləmələr edilib. Bundan sonra Google Maps-də "elektrikli nəqliyyat vasitələrinin enerji doldurma stansiyaları" axtarışında yaxınlıqdakı stansiyalarda şarj portlarının real vaxt rejimində mövcudluğu görünəcək. Doldurma sürətlərini də görmək mümkün olub. 150 kilovat və ya daha yüksək enerji doldurucuları olan stansiyalar artıq hazır olacaq ki, bu da bir çox avtomobillər üçün 40 dəqiqədən az vaxta doldurulması deməkdir.
Xəritələr həmçinin cari trafik, şarj səviyyəsi və gözlənilən enerji istehlakı kimi amillər əsasında ən yaxşı dayanacağı təklif etməyə başlayır. Supermarketlər kimi yerlərdə enerji doldurma məntəqələri olduqda o, axtarış nəticələrində də istifadəçiyə göstəriləcək. Son olaraq onu da qeyd edək ki, platformaya elektriklə işləyən avtomobil üçün uyğun olan ştepsel tipli şarj stansiyalarının siyahıya alınması xüsusiyyəti əlavə edilib.
Bu yenilənmə Android Auto-da Google Xəritələrdən istifadə edənlər üçün təqdim olunur.