Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Rusiyanın Luna-25 kosmik gəmisinin Ayın səthinə çırpılaraq parçalandığını bildirib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Roskosmosdan verilən yazılı açıqlamada, dünən Luna-25 ilə əlaqənin kəsildiyi bildirilib.
Təhlildə bəzi parametrlərin hesablanmasında sapmaların olduğu bildirilərək, “Bu səbəbdən kosmik gəmi hesablanmamış orbitə çıxıb və Ayın səthinə çırpılaraq parçalanıb” deyilib.
Açıqlamada qəzanın səbəblərini araşdıracaq xüsusi komissiyanın yaradılacağı bildirilib.
Luna-25 avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən Vostoçnı kosmodromundan Soyuz 2.1b raketi ilə buraxılıb.
Rusiyanın 1976-cı ildən bu yana Aya göndərdiyi ilk kosmik gəmi olan Luna-25-in Ay səthinə yumşaq eniş edərək elmi araşdırmalar etməsi planlaşdırılırdı.