Bu yaxınlarda Terranın veb platforması kiber hücumçuların hədəfinə çevrilib. Bu hücumdan sonra onun istifadəçiləri üçün ciddi fişinq təhlükəsinin olduğu üzə çıxıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Layer 1 Blockchain texnologiyası Terra, veb platformasının keçən həftə sonu kiber hücumçular tərəfindən hədəf alındığını, istifadəçilərinə fişinq təhdidləri yaradaraq pul kisəsi məlumatlarını əldə etməyə çalışdığını bildirib.


Terra, son bəyanatında, "Təhlükəsizliyiniz üçün veb saytımızın tamamilə təhlükəsiz olduğuna əmin olana qədər platformalarımızla terra(nöqtə)money ilə qarşılıqlı əlaqədə olmamağınızı xahiş edirik." Deyə qeyd edib.


Fişinq hücumlarında kiber hücumçular tez-tez istifadəçilərin pul kisəsi məlumatlarına daxil olmaq üçün zərərli kodla manipulyasiya edilmiş veb saytlardan istifadə edirlər. Əgər istifadəçi pulqabısını oğurlanmış vebsayta qoşarsa, kiberhücumçuların pul kisəsinə girişi mümkün ola bilər.


Terra Blockchain platforması 2022-ci ildə böyük kriptovalyuta bazarının enişində, xüsusən də yerli stabilkoin LUNA-nın ucuzlaşması ilə gündəmə gəldi. Bu ucuzlaşma kriptovalyuta bazarının 60 milyard dollar itirməsinə səbəb oldu.