ABŞ-ın çip istehsalçısı Nvidia bu ilin ikinci rübündə 13,51 milyard dollar gəlirlə bazar gözləntilərini üstələyib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Nvidia üçüncü rüb üçün Wall Street gözləntilərindən xeyli yüksək gəlir proqnozlaşdırır.


Dünyanın aparıcı çip istehsalçılarından biri olan Nvidia, ikinci rübdə analitiklərdən daha yaxşı mənfəət əldə etdiyini açıqladıqdan sonra üçüncü rüb üçün gözləntilərin üzərində gəlir hədəfi təyin etdi.


İkinci rübdə səhm üzrə qazancını 0,519 dollardan 2,70 dollara yüksəldən Nvidia analitikləri 1,76-2,49 dollar aralığında mənfəət gözləyirdilər.


Şirkətin dövriyyəsi 13,51 milyard dollar olub, gözlənilən 11,22 milyard dolları üstələyib.


Nvidia üçüncü rüb üçün gəlir proqnozunu 16 milyard dollar olaraq açıqladı ki, bu da Wall Street-in 12,61 milyard dollarlıq gözləntilərindən xeyli yüksəkdir.