OpenAI, son zamanların ən populyar süni intellekt modelləri arasında yer alan ChatGPT üçün yeni versiyanın hazırlandığını açıqladı. Daha əhatəli tapşırıqlar üçün hazırlanmış yeni versiya iş dünyasını canlandıracaq.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, texnologiya nəhəngi OpenAI tərəfindən verilən açıqlamalara görə, şirkət iş dünyasında böyük paya sahib olan korporativ şirkətlər üçün ChatGPT-nin yeni versiyası üzərində işləyir. Sözügedən versiya ilə məxfilik, təhlükəsizlik və səmərəlilik kimi bəzi əsas xüsusiyyətlərin növbəti səviyyəyə daşınacağını ifadə edən şirkət, bu sahədə olduqca iddialı olduğunu bir daha ortaya qoyur.
Modelin yeni yüksək səviyyəli versiyası ilk növbədə bir neçə iri şirkətə təqdim edildi. Bu şirkətlərdən aldığı geribildirimlər işığında işini tam sürətlə davam etdirən OpenAI, tezliklə bir çox şirkətə yeni ChatGPT versiyasını istifadə etmək imkanı verəcəyini açıqladı.
ChatGPT-nin bu inkişafı iş dünyasına böyük təsir göstərdi. Sözügedən versiyanı dəstəkləmək və istifadə etmək üçün bir çox şirkət müraciət etsə də, hələ də iş həyatında süni intellektin istifadəsini bəyənməyən şirkətlərin olması diqqət çəkir.
Məlum olduğu kimi, OpenAI 2022-ci ilin noyabrında ChatGPT-ni ictimailəşdirdikdən sonra çox səs-küy yaratdı. Yanvar ayı etibarilə 100 milyondan çox istifadəçiyə çatdırılan süni intellekt xidməti bir çox istifadəçinin gündəlik həyatının bir hissəsinə çevrilib. Şirkət, görünür, bu uğuru artıraraq davam