2023-cü ilə damğasını vuran süni intellekt texnologiyaları texnologiya dünyasının bütün sahələrinə yayılmağa davam edir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, süni intellektə əsaslanan dil öyrənmə proqramı olan Speak, investisiya aldığını açıqladı. Speak-in çatdırdığı məlumata görə, müəssisə B-2 seriyalı investisiya raundunda 16 milyon dollar investisiya alıb.



Speak-in 16 milyon dollarlıq investisiya raunduna mələk investor Lachy Groom rəhbərlik edirdi. İnvestisiya turunda Lachy Groom-dan başqa şirkətin hazırkı investorları və Dropbox-un həmtəsisçiləri Drew Houstonv və Arash Ferdowsi iştirak ediblər.



Əlavə edək ki, OpenAI-nin 100 milyon dollarlıq investisiya fondu, OpenAI Startup Fund Speak-in hazırkı investorları sırasındadır. 16 milyon dollarlıq yeni sərmayə ilə Speak-in bu günə qədər əldə etdiyi ümumi investisiya 63 milyon dollara çatıb.



Speak-in çatdırdığı məlumata görə, yeni investisiya şirkətin süni intellektə əsaslanan təlimçisini inkişaf etdirmək, qlobal böyüməsini sürətləndirmək və komandasını böyütmək üçün istifadə olunacaq. 2016-cı ildə Connor Zwick və Andrew Hsu tərəfindən ABŞ-da qurulan Speak mobil tətbiqi ilə istifadəçilərinə yeni dillər öyrənməyə imkan verir.