Keçmiş Google süni intellekt tədqiqatçıları Jakob Uszkoreit və Rhiju Das tərəfindən 2021-ci ildə qurulan şirkət RNT əsaslı dərmanlar və peyvəndlərə xüsusi diqqət yetirir.



Facematk.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni dərmanlar və peyvəndlər hazırlamaq üçün süni intellekt texnologiyasından istifadə edən Inceptive 100 milyon dollarlıq investisiya alıb.



Turun sponsorluğu Nvidia, Andreessen Horowitz (a16z) və Obvious Ventures idi. Şirkət yeni sərmayəni Ar-Ge işləri üçün istifadə edəcəyini açıqladı. Son investisiya ilə bazar dəyəri 300 milyon dollara yüksələn Inceptive , 2022-ci ilin yanvar ayında 20 milyon dollarlıq toxum sərmayəsi aldı.