Fransanın Rəqəmsallaşma və Telekommunikasiya naziri Jean-Noel Barrot, ölkədə iPhone 12 model telefonların satışının növbəti xəbərdarlığa qədər qadağan edildiyini açıqladı.
Facemak.az xarici mənbəyə istinadən xəbər verir ki, X sosial media platformasında verdiyi açıqlamada Barrot, ABŞ texnologiya nəhəngi Apple bir yeniləmə gətirənə qədər Fransada iPhone 12 model telefonun satışının dayandırıldığını ifadə etdi.
Nazir Barrot, Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün zabitlərini səfərbər etməyi xahiş etdiyini bildirdi.
Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.
Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, ANFR iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğunu ortaya qoydu.