Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Təşkilatı (Roskomnadzor) tərəfindən edilən yazılı açıqlamada WhatsApp-ın bəzi ölkələrdə açdığı “Kanallar” xüsusiyyəti ilə bağlı qiymətləndirmələrə yer verilib.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, açıqlamada Rusiya qanunlarının bütün şirkətlərə şamil olduğu bildirilib, “Bura rusiyalı istifadəçiləri hədəf alan mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. “Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi ilə nəticələnəcək və bunu etməmək proqramın bloklanması ilə nəticələnəcək”.



Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli təcrübələrə keçmələri tövsiyə olunub.



WhatsApp-ın sahibi olan Meta şirkəti Rusiyada qeyri-qanuni məlumat yaydığı səbəbi ilə “ekstremist təşkilat” kimi müəyyən edilib, şirkətin Facebook və Instagram platformalarına isə keçən il giriş bloklanıb.