Trendyol-un ən böyük partnyoru olan Çin e-ticarət şirkəti Alibaba Türkiyə ilə bağlı yeni planlarını açıqlayıb. Açıqlamaya görə, Alibaba Türkiyəyə 2 milyard dollar sərmayə qoyacaq.
Prezident Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ABŞ-da keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasları üçün bir müddətdir Nyu Yorkda olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, əslində bu yaxınlarda sizinlə paylaşdığımız bir xəbərdə Ərdoğanla Elon Maskın görüşündən bəhs etmişdik. İndi oxşar inkişafla yenidən buradayıq.
Çinin elektron ticarət nəhəngi Alibaba Group-un prezidenti Michael Evans prezident Ərdoğan və onu müşayiət edən şəxslərlə görüşüb. Trendyol-un da əsas tərəfdaşı olan Alibaba, görüşdən sonra Türkiyə ilə bağlı yeni investisiya planlarını açıqlayıb. Evansa görə, Alibaba Türkiyəyə 2 milyard dollarlıq yeni sərmayə qoyacaq.
Maykl Evansın verdiyi açıqlamalarda Türkiyə iqtisadiyyatına güvəndiyi, Trendyol vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyulduğu bildirilib. Alibaba müdiri bunun gələcəkdə də davam edəcəyini və 2 milyard dollarlıq əlavə sərmayə qoyulacağını bildirib. Ancaq bu sərmayənin nə vaxt yatırılacağı və Türkiyənin hansı sahələrə investisiya alacağı hələlik məlum deyil.
Alibaba-nın Türkiyəyə gələcək investisiyaları ilə bağlı heç bir məlumat paylaşılmayıb.