Joshua Xu və Wayne Liang tərəfindən qurulan HeyGen, süni intellekt tərəfindən yaradılan avatarlar və səslərlə mətn əmrləri vasitəsilə bir neçə dəqiqə ərzində videolar hazırlamağa imkan verir.


Facemark.az xarici mənbəyə istinadən xəbər veri ki, Məhsul istifadəçilərə 100-dən çox avatardan ibarət kolleksiya təklif edir. Bu avatarların müxtəlif etnik mənsubiyyətləri, yaş aralığı, duruşları və geyimləri var.


Heygen 3 müxtəlif kateqoriyada avatarlar təklif edir: Avatar Lite, Avatar Pro və Talking Photo. Avatar Lite kateqoriyasında Avatar təbii mühitdəki həyatdan kompozisiyaya yerləşdirilir, Avatar Pro-da isə peşəkar səviyyəli Avatar təqdim olunur. Talking Photo isə dinamik cizgili fotoşəkillərdən ibarətdir.


Platformada avatarınıza uyğun səs seçmək də mümkündür. Siz bu seçimi yüksək keyfiyyətli səs kolleksiyasından edə bilərsiniz və ya fərdiləşdirilmiş səs seçə bilərsiniz. Platformada 40-dan çox dildə 300-dən çox səs variantı var.


Bundan əlavə, HeyGen tərəfindən təklif olunan 300-dən çox şablonla siz müxtəlif sənayelərdə Avatarlardan necə istifadə edə biləcəyinizi asanlıqla tapa bilərsiniz. Reklamlardan izahlı videolara, sosial şəbəkə paylaşımlarından e-ticarət sahəsinə aid məzmuna qədər bir çox sahədə HeyGen şablonlarından faydalana bilərsiniz.


HeyGen-də video məzmun yaratmaq üçün əvvəlcə yuxarı sağ küncdəki video yarat seçiminə klikləyin. Daha sonra avatarlar arasında seçim edərək növbəti mərhələdə Avatarınızın səsini müəyyən edə bilərsiniz.