İllərdir bütün dünyada populyarlığını qoruyub saxlamağı bacaran sosial media platforması Facebook-un loqosu dəyişdirilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, meta tərəfindən yenilənən loqo ilə köhnə loqo arasında elə də böyük fərq yoxdur. Şirkət həmçinin emoji reaksiya xüsusiyyətində və rəng palitrasında bəzi yeniliklər edib.



Uzun illər əvvəl fəaliyyətə başlayan Facebook-un loqosu zamanla dəfələrlə dəyişdirilib. Bu dəyişiklik prosesində loqo daha müasir bir görünüş qazandı. Meta məşhur sosial media platformasının loqosunu növbəti dəfə yeniləyib.


Əvvəlki loqoda açıq mavidən tünd maviyə qədər rəng qradiyenti var idi. Yeni loqoda daha tünd mavi tonuna üstünlük verilib. Loqodakı f hərfinə çox cüzi dəyişiklik edilib. Aşağıdakı şəkildə köhnə loqo solda, yeni loqo isə sağdadır.



Bloq yazısında Meta, yeni təkmilləşdirmələrin hər birinin tətbiqin şəxsiyyətinin vacib elementi olaraq dizayn boyu daha böyük harmoniya təmin etdiyini bildirdi və "Yenilənmiş loqotipin həm tanış, həm də dinamik, parlaq və zərif olmasını təmin etmək istədik" deyə bildirib.


İstifadəçilərin yazıya, şərhə və ya hekayə paylaşımına cavab verməsi üçün vizual üsul olan emoji reaksiya xüsusiyyətində bəzi dəyişikliklər edilib. Bundan əlavə, rəng palitrasında kiçik bir yenilik edilib.