Türkiyə 2023-cü ilin ilk 8 ayında cəmi 36 milyon 754 min 146 ziyarətçiyə ev sahibliyi edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ziyarət edənlərin 33 milyon 426 min 940 nəfərini əcnəbi, 3 milyon 327 min 206 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib. İlk 8 ayda Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında əvvəlki ilin eyni dövrünə görə yüzdə 44,84 artım və 4 milyon 351 min 254 nəfərlə Rusiya Federasiyası birinci, Almaniya ikinci yerdədir. 6,03 faiz artımla 4 milyon 82 min 994 nəfərlə İngiltərə (Birləşmiş Krallıq) yüzdə 12,36 artımla 2 milyon 652 min 188 nəfərlə üçüncü olub.