Britaniya Rəqabət Təşkilatı (CMA) yenilənmiş müqavilə çərçivəsində Microsoft-un oyun şirkəti Activision Blizzard-ı almasına müsbət baxıldığını bildirib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Britaniya Rəqabət Qurumunun (CMA) verdiyi açıqlamada, Microsoft-un daha əvvəl tənzimləyici orqan tərəfindən qaldırılan narahatlıqları aradan qaldırmaq üçün yeni razılaşmada atdığı addımların satışın təsdiqlənməsi və yekunlaşdırılması üçün qapı açdığı ifadə edilib.


Microsoft-un təqribən 69 milyard dollarlıq alınması ilə bağlı açıqlamada deyilir: “Bu yeni müqaviləyə əsasən, Microsoft Activision-a məxsus bulud oyun hüquqlarını almayacaq və bunun əvəzinə müstəqil üçüncü tərəf olan Ubisoft Entertainment SA-ya (Ubisoft) satılacaq. "CMA hesab edir ki, yenidən strukturlaşdırılmış müqavilə bu ilin əvvəlində ilkin satış əməliyyatı ilə bağlı qaldırdığı narahatlıqları əhəmiyyətli dərəcədə həll edən dəyişiklikləri ehtiva edir."


Qurumun açıqlamasında yeni sazişlə bağlı məsləhətləşmə prosesinin oktyabrın 6-dək davam edəcəyi bildirilib.