Meta şirkəti Messenger tətbiqində istifadə edilə bilən "şəxsi xüsusiyyətləri" olan yeni süni intellekt chatbotunu təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Amerika mətbuatında çıxan xəbərlərə görə, Meta şirkətinin baş direktoru Mark Zukerberq şirkətin Kaliforniyadakı baş qərargahında keçirilən toplantıda yeni məhsulları ilə bağlı açıqlama verib. Zukerberq 2023-cü ili “süni intellekt üçün əla il” adlandırıb və qeyd edib ki, süni intellekt chatbotları hələ də müəyyən “məhdudiyyətlərlə” işləyir.


Açıqlamadan sonra Meta, "Messenger" tətbiqində istifadə edilməsi planlaşdırılan "Meta AI" adlı süni intellekt chatbotunu təqdim edib.


Qeyd edilib ki, sözügedən robot “şəxsi” xüsusiyyətlərə malik olacaq və istifadəçilər robotdan “müzakirəyə son qoymaq” kimi yazışma yardımı istəyə bilərlər.