Baş ofisi ABŞ-da yerləşən avtomobil istehsalçısı Ford Almaniyanın Saarlouis şəhərindəki fabrikinin satışı üçün potensial investorlarla apardığı müzakirələrin nəticəsiz qaldığını bildirib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ford tərəfindən edilən açıqlamada adı açıqlanmayan potensial investorla 2023-cü ilin iyun ayında məcburi olmayan müqavilə imzalandığı, lakin daha sonra danışıqların davam etdirilməməsinə qərar verildiyi bildirilib. Avropadakı fabriklərində yenidənqurma prosesini idarə edən Ford, 2022-ci ilin iyun ayında yeni nəsil elektrik avtomobilini Saarlouisdəki fabrikinin əvəzinə İspaniyada açdığı müəssisədə istehsal edəcəyini açıqlayıb.
Almaniyanın “Handelsblatt” iqtisadi qəzetinin xəbərinə görə, potensial sərmayəçi ilə bağlanan müqavilə obyektdəki təxminən 4500 iş yerinin 2500-ünü təmin edəcək.
Mediada Çinin elektrikli avtomobil istehsalçısı BYD-nin də sözügedən Fordun fabrikini almaq üçün danışıqlar apardığı iddia edilib.