Dadashsoy Business School və Safavy.org tərəfindən ikinci dəfə keçiriləcək Fərdi İnkişaf Forumu 19 noyabr Avropa Azərbaycan məktəbində təşkil olunacaqdır. Forum fərdi inkişaf istiqamətlərini əhatə etməkdədir. 9 peşəkar spikerin çıxış etdiyi tədbirdə psixologiya, motivasiya, şəxsi brendinq, xarici dil, şüuraltı və s. kimi mövzulara yer verilmişdir.


Spikerlər və mövzular:



Elxan Sultanlı-Mövzu: Biznes Psixologiyası
Rüfət Həsənov-Mövzu: İnadkarlıq bizə nə qazandırır?
Tural Məmmədov-Mövzu: Qadağan etməli olduğumuz vərdişlər
Vüsalə Abbasova-Mövzu: Şüuraltının inkişafımıza təsiri
Aytən Eynalova-Mövzu: Çətinliklər fonunda müvəffəqiyyətlər
Fariz Məmmədov- Mövzu: Qızıl xətt
Tamerlan İsmayılov-Mövzu: Səni tanısalar yaxşıdı
Jalə Bəhramova-Mövzu: Xarici dilin şəxsi inkişafda önəmi
Nərgiz Əkbərova-Mövzu: Yaradıcı beyinlər



Forumda iştirakçılar indiki və gələcək həyatlarıyla bağlı vacib mövzular haqda professionalların çıxışlarını dinləyəcəklər.