“Facemark” və “Mirros.az” şirkətlərinin təşkilatçılığı ilə Bakıda yazar Mümin Sekman ilə görüş keçiriləcək.


25 Noyabr saat 15.00-da The Ritz-Carolton otelində baş tutacaq tədbirdə yazar Mümin Sekman sevənləri ilə görüşəcək.


Mümin Sekman İstanbulda anadan olub. Ankara Universitetinin Hüquq fakultəsini bitirib. Türkiyədə "Şəxsi inkişaf mütəxəssisi" ifadəsini tanıdan və işlədən ilk şəxsdir.


Eyni zamanda, 25 ildə 24 kitab yazıb. Kitabları 5 dilə tərcümə olunmuşdur və ümumilikdə 4 milyon oxucuya çatmışdır. "Hər Şey Səninlə Başlar" kitabı 1.325.000 sayda nəşr olunaraq həmin mövzularda nəşr olunan kitablar arasında Türkiyədə rekord həddə çatmışdır. Hər yüz insandan biri ən az biri onun kitabını oxumuşdur.


Bu günə qədər 100 mindən çox insana uğur seminarı keçmişdir.


Qeyd edək ki, tədbir zamanı NLP Master treyner, psixoloq, “Başarı egitmeni” Xanım Həsənovanın “Həyatına limit sənsən” adlı seminarı da baş tutacaq.



https://mirros.az/ saytına keçid edərək tədbirə biletləri əldə edə bilərsiniz.