Windows 12-nin 2024-cü ilin ikinci yarısında buraxılması planlaşdırılır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Microsoft 2024-cü ilin ikinci yarısında "Hudson Valley" kod adı ilə Windows-un yeni versiyasını təqdim etməyə hazırlaşır. Prosessorlar dedikdə ağlımıza ilk gələn Intel, yeni Windows sisteminin də 2024-cü ilin sonundan əvvəl həyatımıza girəcəyini düşünür.


Windows 12-nin diqqət mərkəzində isə süni intellekt olacaq. Beləcə həyatımıza sürətlə inteqrasiya edən süni intellektə bu yeni versiya ilə daxil olmaq daha asan olacaq. Hazırlanması davam edən bu versiya davamlı olaraq arxa planda işləməyə davam edəcək köməkçi Copilot AI-dən istifadə etməklə demək olar ki, bir çox əməliyyatları daha rahat edəcək.