Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Data.ai-nin apardığı araşdırma TikTok-un nəhəngliyini bir daha ortaya qoyub. Data.ai məlumatlarına görə, TikTok 10 milyard dollarlıq istehlak xərclərinə çatan ilk qeyri-oyun proqramı olub.


Paylaşılan məlumata görə, TikTok 2023-cü ilə 6,2 milyard dollardan çox istehlak xərcləri ilə daxil olub. Şirkət həmçinin il ərzində bu məbləğə 3,8 milyard dollar əlavə etməyi bacarıb. Beləliklə, TikTok 2023-cü ilə başladığı nöqtəni nəzərə alsaq, 61 faiz artım qeyd edib. Eyni şəkildə, bu məbləğ 2022-ci ildəki 3,3 milyard dollardan 15 faiz çoxdur. TikTok-un oyun tətbiqləri arasında tutduğu mövqeyə baxdığımızda onun Candy Crush Saga başda olmaqla oyun kateqoriyasında ən çox qazananlar arasında olduğunu görürük. Bu sahədə istehlak xərcləri 12 milyard dolları aşan King/Activision Blizzard-ın Candy Crush Saga-nı, 11 milyard dollar istehlak xərci olan Tencent-in Onur Kralları izləyir.


10 milyard xərcləmə həddinə yaxınlaşan digər tətbiqlər Tinder və YouTube-dur. Hər iki proqram TikTok-u 2-3 milyard dollar fərqlə geridə qoyur.