Facemark şirkəti olaraq 2023-cü il təşkil etdiyimiz bir-birindən maraqlı və faydalı tədbirlərlə yadda qaldı. Gəlin, həmin tədbirlərin bəzilərini yenidən nəzərdən keçirək.

1. Vergi və Mühasibatlıq Zirvəsi


“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə Vergi və Mühasibatlıq Zirvəsi baş tutmuşdu. “Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Həyat Sığorta” ASC-nin baş sponsorluğu, Business Management School” MMC, Başkent” restoranlar şəbəkəsi, “Unilegal Consulting” şirkətinin, Balli Bisi” şirniyyat evi və "Pro Team Consulting & Outsourcing" şirkətinin, SİMA rəqəmsal imzanın şirkətinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutan zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini həyata keçirib.






2. Vergi və Mühasibatlıq Zirvəsi (Panel müzakirəsi)

20 may 2023-cü il, saat 10:00-14:00-dək yalnız sual-cavab formatında “CinemaPlus Gənclik Mall”da “Vergi riskləri” Panel Müzakirəsi adlı tədbir keçirilib. Tədbirin konsept mesajının “Vergi və Mühasibatlıq Zirvəsinin 1 saylı əlavəsi” olması nəzərdə tutulub. “1 saylı əlavə” sloqanının seçilməsi bu terminin uçot sahəsinin mütəxəssisləri üçün “doğma” olmasından, Panel Müzakirəsinin “Vergi və Mühasibatlıq Zirvəsi”nin davamı olmasından və bu kimi tədbirlərin davamlı olacağı mesajının verilməsindən irəli gəlir. Panel Müzakirəsi zamanı iştirakçıları maraqlandıran suallar spikerlər tərəfindən cavablandırılacaq, vergi sahəsinin aktual məsələləri müzakirə olunub.






3. Milli İnsan Resursları Forumu


“Gələcəyə dəyər” şüarı ilə “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə keçirilən Milli İnsan Resursları Forumu uğurla yekunlaşıb. “Gələcəyə dəyər” şüarı altında keçirilən forumda insan resursları sahəsində tanınmış rəhbər şəxslər, peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak edib.


"Facemark” MMC və “Business Management School” MMC, “HR Option” MMC təşkilatçılığı, “ROOF Academic Training” şirkətinin baş sponsorluğu, "Consulta" İdarəetmə və Texnologiya Konsaltinq şirkətinin, “Alas Academy”nin panel sponsorluğu, “Başkent” restoranlar şəbəkəsi və GRC Liderlik Konsultasiya şirkətinin dəstəyilə baş tutan forum ölkəmizdə insan resursları idarəçiliyinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyərək 600 nəfər rəhbər şəxs və dövlət rəsmilərini bir araya toplayıb.



4. Xəzər Su İnnovasiya Forumu


“Aqualink” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə 30 may 2023-cü il tarixində Bakıda dünyanın aparıcı su mütəxəssisləri və ekoloqlarının iştirakı ilə ikinci Xəzər Su İnnovasiya Forumu keçirilib.


“Gələcək üçün su!” şüarı ilə keçirilmiş bu ilki Forum qeyd olunmuş sahələr üzrə dünyanın 15 ölkəsindən 26 aparıcı şirkət, o cümlədən 60 dan beynəlxalq səviyyəli peşəkar mütəxəssislər iştirak edib.




5. Rəqəmsal Marketinq Forumu


“Rəqəmsal minimalizm” konsept mesajı ilə 11 iyun 2023-ci il tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə “Digital Marketing Conference” (DMC23) uğurla yekunlaşıb.


Facemark” MMC təşkilatçılığı, “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və "Endorphin/Rafineri" şirkətinin sponsorluğu ilə təşkil olunan konfransda rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olaraq ölçülə bilən və effektiv olan marketinq alətlərini peşəkar spikerlərin təqdimatlarında iştirakçılara çatdırılıb.



6. İnsan Resursları Zirvəsi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı və Facemarkın təşkilati dəstəyilə 21-22 iyun tarixlərində Gülüstan sarayda İnsan Resursları Zirvəsi keçirilib. Tədbirdə ölkəmizin İnsan Resursları idarəçiliyi sahəsindəki aparıcı mütəxəssis və peşəkarları bir araya toplanaraq bu sahədəki problemləri, inkişaf perspektivlərini, dövlət və özəl sektor pirizmasından müzakirə edib. İnsan Resursları Zirvəsi “Yerin dərinliyindən beyin dərinliyinə köç” (Neft kapitalından insan kapitalına keçiddə dövlətin rolu), “Köçü qarşıla” (Dövlət və Özəl müəssisələrdə İnsan Resursları idarəçiliyi), “Yeni səhifəyə keç” (Rəqəmsal Transformasiya və İnsan Resursları) və "Məşğul İnsan" (Strateji İnsan Resursları İdarəetməsi) panelləri üzrə davam edib.





7. Top Talks


“ROOF Academic Training” şirkətinin təşkilatçılığı ilə 20 avqust 2023-cü il tarixdə “JW Marriott Absheron Baku Hotel”də dünyanın ən yaxşı universitetlərində təhsil almış şəxslər “Parlaq Gələcək Üçün” bir araya gəlib. Tədbirin məqsədi ölkə gənclərində keyfiyyətli təhsilə qarşı maraq yaratmaq, bunun əlçatan olduğunu göstərmək və onları fərqli perspektivlər, həmçinin təcrübələrlə tanış etməkdir. Top universitetlərə gedən yolu qət etmiş şəxslər həmin universitetləri hədəfləyən gənclərə bu yolda dəstək olmaq üçün öz hekayələrini paylaşıb, məsləhətlər verib və bu universitetlərlə bağlı təcrübələrini bölüşüblər.


8. Təhsilin İnkişafı Forumu


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2023) "Təhsildən Tərəqqiyə" konsept mesajı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə 1 noyabr tarixində Gülüstan Sarayında təşkil olunub.




9. Səhiyyə Menecmenti Zirvəsi


Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM)“, “Sağlam Ailə” Tibb Mərkəzi və “Facemark” şirkətinin ortaq təşkilatçılığı, VISA şirkətinin baş sponsorluğu ilə ölkədə ilk dəfə keçirilən Səhiyyə Menecmenti Zirvəsi 16 noyabr tarixində “Baku Marriott Hotel Boulevard”da baş tutub.






10. Təhsil Menecmenti Zirvəsi


"Roof Academic Training" və "Facemark" şirkətlərinin birgə təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə keçirilən Təhsil Menecmenti Zirvəsi uğurla yekunlaşıb.


Tədbirdə “Gələcək İndi” konsept mesajı ilə “Təhsildə strateji idarəetmə”, “Təhsildə rəqəmsallaşma və innovasiyalar” və “Yeni nəsil, yeni istəklər” panelləri üzrə 3 moderator, 15 spiker bir araya gələrək sahə üzrə əldə edilən təcrübələrin mübadiləsini həyata keçirib.






11. Sənaye Təhlükəsizliyi Zirvəsi


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sənaye Təhlükəsizliyi Zirvəsi” 30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında baş tutub. Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası (ASTA) və Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdiyi, BP Azərbaycan şirkətinin baş sponsorluğu, Socar Downstream Management MMC-nin və Bureau Veritas şirkətlərinin platinum sponsorluğu ilə keçirilən tədbir ümumilikdə 3 paneldən ibarət olmaqla 450 nəfərdən çox şəxsin iştirakı ilə bir gün boyunca davam edib.











Bizə güvənən və əməkdaşlıq edən şirkətlərə təşəkkür edirik!