Huawei bu yaxınlarda dizaynı ilə diqqət çəkən simsiz qulaqlıq modeli Huawei FreeClip-i təqdim edii.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, qulağı narahat etməyən bir quruluşa sahib olan qulaqlıq, 'C' formalı dizaynında quraşdırılmış hava dəlikləri sayəsində istifadəçilərə daha yüksək səs keyfiyyəti vəd edir. İki fərqli rəng seçimi təklif edən Huawei FreeClip, xüsusilə dizayn baxımından şirkətin digər modellərindən fərqlənir.


Tək şarjla 8 saat istifadə müddəti təklif edən simsiz qulaqlıq, şarj qutusu ilə birlikdə 32 saata qədər batareyanın ömrünü təmin edir.