eSoil şitillərin böyüdüyü əraziyə inteqrasiya edildikdən sonra torpaqdan elektrik siqnalları göndərildikdə bitkilər orta hesabla 50 faiz çox böyüyür.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İsveçin Linköpinq Universitetinin tədqiqatçıları bioelektron torpaq hazırlayıblar. eSoil adlanan bioelektronik torpaq PEDOT adlı keçirici polimerlə qarışmış üzvi materiallardan ibarətdir. Sensorlar və OLED displeylər kimi komponentlərdə də PEDOT-a rast gəlmək mümkündür. Bu bioelektron torpaq torpaqsız bitki yetişdirən təsərrüfatlarda bitkilərin böyüməsini sürətləndirə bilərdi. Bu yolla bioelektron torpaqdan torpaqsız (hidroponik) əkinçilik sahələrində də istifadə oluna bilər.