YouTube TV-nin 2023-cü ilin üçüncü rübündə təxminən 6,5 milyon abunəçiyə çatacağı təxmin edilir. Bu, əvvəlki rüblə müqayisədə 600 min abunəçi artımı deməkdir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, YouTube TV-nin 2023-cü ilin üçüncü rübündə təxminən 6,5 milyon abunəçiyə çatacağı təxmin edilir. Bu, əvvəlki rüblə müqayisədə 600 min abunəçi artımı deməkdir.


YouTube TV rəqibləri ilə müqayisədə böyük fərqlə ən çox abunəçi ilə ən sürətlə böyüyən xidmət mövqeyini qoruyub saxlayır. Rəqibləri arasında Hulu 4,6 milyon, Sling TV 2,1 milyon, Fubo isə 1,5 milyona yaxın abunəçiyə çatıb.


Digər tərəfdən, ənənəvi kabel televiziyası xidmətləri abunəçilərini itirməkdə davam edir. Üçüncü rübdə kabel provayderləri 985 min, digər televiziya xidmətləri isə 780 minə yaxın abunəçisini itirib. Onlayn xidmətlər ümumilikdə 1 milyon 327 min abunəçi qazanarkən, ümumilikdə bazarda təxminən 465 min abunəçi itkisi yaşanıb.