Cənubi Koreya şirkəti çərçivəsiz microLED modelini nümayiş etdirib.

Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Cənubi Koreyanın Samsung şirkəti dünyanın ilk şəffaf Micro-LED displeyini təqdim edib. Yeni məhsulu ilk görənlər yanvarın 9-da Las-Veqasda başlayacaq CES 2024 istehlakçı elektronikası sərgisindən əvvəl keçirilən Samsung First Look 2024 tədbirinin iştirakçıları olub.


Samsung bir qədər fərqli dizayna malik üç fərqli şəffaf mikro LED ekran nümayiş etdirdi. İki nümunə potensial diqqəti yayındıran obyektləri panellərin arxasında gizlətməyə imkan verən rəngli şüşə ilə təchiz olunub, digərində isə təxminən bir santimetr qalınlığında çərçivəsiz ekran var.


İstehsalçı qeyd edir ki, şəffaf Micro-LED displeylərin artan parlaqlığı və piksel sıxlığı onları şəffaf OLED panellərindən fərqləndirir, minimal işıq itkisini təmin edir və az qala havada üzən holoqrama bənzəyən daha aydın mənzərə yaradır.


Şəffaf displeylərin kütləvi satışının başlama tarixi, eləcə də yeni məhsulların qiyməti ilə bağlı hələlik rəsmi məlumat yoxdur.