Apple tərəfindən paylaşılan məlumata görə, Vision Pro rəsmi olaraq fevralın 2-də satışa çıxarılacaq. Vision Pro gələn cümə, yanvarın 19-da öncədən sifariş üçün əlçatan olacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iyun ayında keçirilən WWDC 2023 çərçivəsində təqdim edilən Apple Vision Pro-nun 2024-cü ildə satışa çıxarılacağı açıqlanıb. Apple ilə bağlı dəqiq proqnozları ilə tanınan məşhur analitik Ming-Chi Kuo keçən dekabr ayında Vision Pro-nun fevralda satışa çıxa biləcəyini paylaşmışdı.


Mövzu ilə bağlı açıqlama verən Apple, Vision Pro-nun satışa çıxarılacağı tarixi açıqladı. Apple tərəfindən paylaşılan məlumata görə, Vision Pro rəsmi olaraq fevralın 2-də satışa çıxarılacaq. Əlavə edək ki, Vision Pro modeli hazırda yalnız ABŞ-da və ABŞ-ın Apple Store-da fiziki mağazalarda satışa çıxarılacaq. Vision Pro-nun 2024-cü ilin sonuna kimi Kanada və Böyük Britaniyada satışa çıxarılacağı gözlənilir.



Mövzu ilə bağlı açıqlama verən Apple CEO-su Tim Cook, Apple Vision Pro-nu indiyə qədər yaradılmış ən qabaqcıl istehlak elektronikası cihazı olaraq təyin edir. Tim Cook-a görə, Apple Vision Pro bizim qoşulma, yaratma və kəşf etmə üsulumuzu yenidən müəyyənləşdirəcək.