Dil öyrənmə proqramı Duolingo, süni intellektə istinad edərək məzmun istehsalçılarının təxminən 10 faizini işdən çıxarıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Duolingo sözçüsü ixtisarları təsdiqləyərək, “Tam zamanlı işçilərə təsir etməyəcək. Bəzi müqaviləli işçilərin gördüyü işi görmək üçün artıq o qədər insana ehtiyacımız yoxdur. Süni intellekt bu işlərin bəzilərini edə bilər", - deyə qeyd edib.


Şirkət məzmun istehsalını və tərcümələri asanlaşdırmaq üçün OpenAI-nin GPT-4 kimi süni intellekt modellərinə müraciət etdiyi üçün işçi qüvvəsinin təxminən 10 faizini ixtisar edəcəyini də təsdiqləyib.