L'Oréal Türkiyə korporativ kommunikasiya fəaliyyətini GTC-yə (Global Trending & Communications) həvalə edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İstanbul və Ankaradakı beynəlxalq əməkdaşlıqları və ofisləri ilə 25 ildir müxtəlif sektorlardan brendlərə, qeyri-hökumət təşkilatlarına xidmət göstərən GTC, Türkiyədə 38 ildir 24 marka ilə fəaliyyət göstərən L'Oréal Türkiyəyə korporativ nüfuzun idarə edilməsi və strateji kommunikasiya məsləhətləri, media əlaqələrinin idarə edilməsi, böhran situasiyaları, və gündəm idarəçiliyi sahələrində xidmət göstərəcək.