"Facebook" sosial şəbəkəsi yeni il təbriklərinin təxirə salınmış göndərilməsi xidmətini istifadəyə verib. "Dostlarınızın Yeni il bayramını təbrik edin və təbrik onlara dekabrın 31-də gecə yarısı çatdırılacaq" – resursun nümayəndələri bildirib. Funksiya "Facebook Stories" bölməsi çərçivəsində istifadəyə verilib.