Honda yeni elektrikli avtomobilləri üçün loqosunu dəyişib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Honda 1981-ci ildən istifadə etdiyi loqonu yeniləyib. Yeni loqoda mövcud H-nin minimalist versiyası var və şirkətin dediyinə görə, bu, “iki uzadılmış əl”i təmsil edir. Bu dəyişikliyə 1963-cü ildə təqdim edilən orijinal loqoya bənzər dizayn daxildir ki, bu da Hondanın tarixinə işarədir. Yeni H loqosu 2026-cı ildən Amerikada təqdim olunacaq Honda-nın 0 Series elektrik avtomobillərində istifadə olunacaq. Yeni nəsil elektrik avtomobillərinin ilk iki modeli Sedan və Space-Hub konseptləri adlanan avtomobillər olacaq.
Yeni "H" loqosunun şirkətin EV SUV Prologue-un arxasındakı Honda loqotipi ilə uyğun olub-olmayacağı bəlli deyil.