Qlobal neft tələbinin bu il gündəlik təxminən 2 milyon barrel artaraq 103 milyon 500 min barrelə çatacağı gözlənilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mərkəzi ofisi Şotlandiyada olan araşdırma və konsaltinq şirkəti Wood Mackenzie tərəfindən verilən açıqlamada qlobal neft tələbinin 2024-cü ildə gündəlik təxminən 2 milyon barel artacağı gözlənilir. Bu artımın 25 faizindən çoxunun Çindən qaynaqlanacağı bildirilib.
Hesabatda qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun təklifin azaldılması 2024-cü il ərzində artımı yavaşlatdığından neft təklifi tələbdən geri qala bilər.