Samsung 9-12 yanvar 2024-cü il tarixləri arasında Las-Veqasda keçirilən CES 2024 sərgisində Tesla ilə xidmət inteqrasiyasını həyata keçirdiklərini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Samsung-un bəyanatına görə, inteqrasiya Powerwall ev batareyası, Solar Inventor, Wall Connector, şarj həlləri və elektrikli nəqliyyat vasitələri kimi həllər daxil olmaqla SmartThings Energy və Tesla məhsulları arasında əlaqə yaratmağa imkan verəcək.


Bildirilir ki, Tesla-nın açıq mənbəli tətbiq proqramlaşdırma interfeysləri (API) ilə əməkdaşlıq SmartThings Energy-nin hərtərəfli əlaqə seçimlərini daha da genişləndirəcək və Samsung-un istehlakçılara daha faydalı və qüsursuz ev təcrübələri təqdim etmək məqsədinə töhfə verəcək.


Samsung və Tesla əməkdaşlığının istifadəçilər üçün ən mühüm faydası ondan ibarətdir ki, SmartThings Energy istifadəçilərə Tesla Powerwall, Solar Inverter, Wall Connector şarj və elektrik nəqliyyat vasitələrini birləşdirməyə imkan verir, SmartThings Energy isə istifadəçilərə enerji istehsalı, saxlanması və istifadəsi haqqında məlumatlara baxmaq imkanı verir.


Tesla Powerwall ilə birləşdirən SmartThings Energy platforması ilk dəfə CES 2024-də Samsung stendində təqdim edilib. Hazırda inkişaf mərhələsində olan xidmətin 2024-cü ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Buna görə də, yuxarıda təsvir edilən xüsusiyyətlər faktiki istifadədə fərqli ola bilər.